Bundan əvvəl silahların layihələşdirilməsi və istehsalı ilə məşğul olan alimləri müvəffəqiyyətlə mülki tədqiqat və sınaq fəaliyyətinə yönəltmək.
MTİF, AMEF və digər beynəlxalq fondların təklif etdiyi qrant müsabiqələrində Azərbaycanlı alimlərin iştirakını artırmaq.
Azərbaycanda alimlərə və mühəndislərə informasiya dəstəyi, məsləhət və texniki yardım təklif etmək.
Azərbaycanlı alimlərə mülki mövzular üzərində qarşılıqlı fayda ilə işləmək üçün ABŞ alimləri, şirkətləri və ya təşkilatları ilə əlaqələr yaratmağa yardım etmək.
Gənc alim nəsli üçün təlim imkanları, o cümlədən texnologiyanın istehsal tətbiqi sahəsində seminarlarda iştirak etmək imkanları yaratmaq.
Xidmətlər
Gələcək ərizəçilərin və mövcud qrant iştirakçılarının dəstəyi
Fondların vergilərdən azad olaraq köçürülməsi və fərdi və təşkilatı alıcılar arasında paylanması
Qrantla əlaqəli avadanlığın alınması və rüsumlardan azad şəkildə idxal edilməsinə yardım
Tələb olunan hallarda maddi-texniki təchizat və inzibati dəstək
Xüsusi ayrılmış turizm firmaları köməyi ilə ölkədaxili və beynəlxalq səyahətlərin əlaqələndirilməsi və viza dəstəyi








