ANSF

  • Increase font size
  • Default font size
  • Decrease font size
  • default color
  • black color

Dünya səviyyəli laboratoriyaların təşkili

E-mail Print PDF

2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının dörd aparıcı institutunda (Botanika İnstitutu, Neft-Kimya İnstitutu, Geologiya İnstitutu və Şamaxı Astronomik Rəsədxanası) laboratoriyaların hər biri öz avadanlığını təkmilləşdirmək üçün MTİF-n 40,000 ABŞ dolları qrant aldı. Bu vəsaiti almış müəssisələr proqramın məqsədinə nail oldular və öz laboratoriyalarını müvəffəqiyyətlə təkmilləşdirdilər.

Eyni zamanda AMEA tərəfindən maliyyələşdirilən bu proqram Azərbaycanın gənc tədqiqatçılarına lazımi təlimi alaraq yeni müasir avadanlıqla tədqiqat layihələrini həyata keçirməyə imkan verdi. Layihələrin dördü də müvəffəqiyyətlə tamamlandı.

Sosioloji tədqiqat: Təkmilləşdirilmiş taxıl keyfiyyəti və məhsuldarlığı


AMEA Botanika İnstitutunun Məhsuldarlıq Prosesinin Molekulyar Genetika Əsası Laboratoriyası qrant vəsaitlərindən istifadə edərək Polimeraza Zəncir Reaksiyası avadanlığı aldı. Akademik Cəlal Əliyevin tədqiqat qrupu yeni alınmış avadanlıqdan istifadə edərək tədqiqat layihəsini müvəffəqiyyətlə yerinə yetirdi. Onların tədqiqatı müxtəlif bitki xəstəliklərini aşkar etməyə və taxılçılar və fermerlər üçün taxılın ilkin formasını və xüsusi vacibliyə malik hibridləri seçməyə imkan verdi. Dr. Əliyevin tədqiqatı həmçinin yeni taxıl növləri əldə etməklə taxılın keyfiyyəti və məhsuldarlığının artırılmasına yönəlmişdi. Layihə həmçinin Bakı Dövlət Universiteti Biologiya Fakültəsinin tələbələrinə müasir avadanlıqdan istifadə etmək və öz nəzəri biliklərini təcrübədə tətbiq etməyə imkan verdi.

Sosioloji tədqiqat: Ekoloji Tədqiqatların regional mahirlik mərkəzi


Dr. Bəhruz Süleymanovun rəhbərliyi altında alimlər qrupu əsas diqqəti ekoloji baxımdan təhlükəli çirkləndiricilərə yönəldən ekoloji fizika və kimya sahəsində hərtərəfli tədqiqatlar aparmaq üçün lazım olan müasir avadanlığı almağa imkan verən MTİF qrantını uddu. Xüsusilə qeyd etmək lazımdır ki, alınmış avadanlıq həm də sənaye üçün vacib müqavilə işlərini aparmağa və istedadlı gəncləri laboratoriyaya cəlb edərək laboratoriyanı yeni tədqiqat və texnologiyanın inkişafı mərkəzinə çevirməyə imkan verdi.

Share/Save/Bookmark