ANSF

  • Increase font size
  • Default font size
  • Decrease font size
  • default color
  • black color

Yeni tədqiqatçılar nəslinin təhsili

E-mail Print PDF

MTİF, Azərbaycan Milli Elmlər Fondu (AMEF) və Azərbaycan Təhsil Nazirliyi (ATN) elmi tədqiqatları təhsil planına daxil etmək və gənc tədqiqatçılara biologiya, kimya və geologiya sahəsində yeni imkanlar verəcək müasir, avadanlıqda tam təchiz edilmiş, fakültələrarası mərkəzi yaratmaq üçün Bakı Dövlət Universitetinə 300,000 ABŞ dolları qrant ayırdı; bu fondun 50% ATN tərəfindən edilmişdi. Bu layihənin qısa təsviri aşağıda verilmişdir.

MTİF Eksperimental Tədqiqat Elm Mərkəzləri proqramı altında Azərbaycanda daha iki mərkəzi maliyyələşdirmək üçün 555,000 ABŞ dolları ayırmışdır. Bu proqram Avraziyada müsabiqə yolu ilə seçilmiş mülki tədqiqat təşkilatları üçün əsas müasir avadanlığın alınmasını və uyğun təlimi təmin etmək üçün nəzərdə tutulmuşdur. Təşəbbüsün məqsədi mənfəətsiz tədqiqat və təhsil institutarı, həm də avadanlığın yerləşdiyi rayonlarda sənaye tədqiqat cəmiyyətləri üçün eyni dərəcədə imkanlar təklif edən özünü-dəstəkləyən eksperimental dəstək mərkəzlərini təşkil etməkdir.

Sosioloji tədqiqat: Bakı dövlət ekoloji tədqiqat və təhsil


Bu layihənin əsas məqsədi Azərbaycanda ekoloji problemləri tədqiq etmək üçün fakültələrarası mərkəz təşkil etmək idi. Mərkəz əsas diqqəti aspirantlar üçün ekoloji təhsil proqramı hazırlamağa, tədqiqat aparmaq üçün müasir laboratoriya avadanlığından istifadə etməyə və gənc qadınların peşəkar inkişafı üçün imkan yaratmağa yönəldəcək. Layihə iki əsas hissədən ibarətdir. Birinci, Bakı Dövlət Universitetinin üç fakültəsində (biologiya, kimya və geologiya) aspirantlar üçün yeni ekoloji elm kursları yaradılacaq. İkinci, ekoloji proseslərin tədqiqi üçün yeni laboratoriya yaradılacaq. Bu laboratoriya xüsusilə Azərbaycanda novator ekoloji tədqiqatları aparan gənc alim qadınlar üçün vacib olacaq. Bu proqram, fərdi fondlardan alınan vəsaitlərlə və yerli işgüzar və dövlət agentlikləri ilə müqavilə bağlamaqla tədricən özünü-dəstəkləyən və maliyyə baxımından müstəqil olacaq.

Share/Save/Bookmark