İdeyadan Bazara: Texnoloji Sahibkarlıq üçün ETSP seminarları silsiləsi
Bakı, Azərbaycan: İyun 30 – İyul 1, 2008, səhər 9.30; Kiçik konfrans otağı, Azırbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti MTİF Elm və Texnologiya Sahibkarlar Proqramı (ETSP) novator, elmi-işgüzar cəmiyyətlərin yaranmasına yardım edir və Avrasiyada sahibkarlığın inkişifaında katalizator (tezləşdirici) rolunu oynayır. ETSP yerli və beynəlxalq biznesə Avrasiya novatorluğu təqdim edərək, həm yerli, həm də beynəlxalq biznesə rəqabətə dözümlü qalmağa yardım edən yeni elmi-işgüzar şəriklik ideyaları yaradır. ETSP texnoloji sahibkarlara cəmiyyətin tələblərini bazaar imkanlarına çevirməyə imkan verir.
Alternativ enerji seminarı
Alternativ Enerji Seminarı Bakıda 17-18 fevral 2005-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında keçirildi. Azərbaycan Milli Elmlər Fondu (AMEF) seminarı ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF) ilə birlikdə təşkil etmişdi.Bu seminar alimlər və işgüzar şəxslərə bir-birini tapmağa imkan verəcək mexanizmi yaratmaq, başqa sözlə desək, sahibkarların təcrübə və ehtiyatlarının, alimlərin ideyalarının və MTİF qrant proqramlarının imkanlarının simbiozunu (birgə fəaliyyətini) yaratmaq “cəhdi” idi. Bu sahədə bir o qədər çox alimin olmadığını nəzərə alaraq AMEF onların hamısını müsabiqəsiz dəvət etdi. Tədris müəssisələri və universitetlərlə əlaqəsi olmayan kommersiya alimləri də dəvət edildi. Seminar 32 alimi bir yerdə topladı.
İşgüzar Təşəbbüslər Konfransı
Azərbaycan Milli Elm Fondu (AMEF) 2005-ci il oktyabr ayının 28-də saat 10%00-da Bakı Biznes Mərkəzində birinci İşgüzar Təşəbbüslər Konfransının keçiriləcəyini elan edir. Konfrans novator işgüzar layihələrini jüriyə və daha böyük işgüzar cəmiyyətə təqdim edən elmi-şirkət şəriklərinin yaradıcılıq nailiyyətlərini nümayiş etdirəcək. Sahibkar texnikləri və biznes peşəkarlarını toplamaqla Konfrans yeni təşəbbüslərdə şərikliyi və sərmayəni həvəsləndirir.
Xəzər dənizi Regionunda İstehslata Tətbiqinə dair Seminar
Neft , Qaz və Ekoloji texnologiyalar, Keçmiş hərbi silah tədqiqatları aparan alimlər, elmi tədqiqatçılar və sahibkarlar üçün, Bakı , Azərbaycan, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF) Azərbaycan Milli Elm Fondu ilə birlikdə 2004-cü il mart ayının 14-dən 17-ə qədər Azərbaycan Respublikası Bakı şəhərində neft, qaz və ekoloji texnologiyaların istehsalat tətbiqinə dair seminar keçiriləcəyini elan edir. MTİF ictimai gəlir gətirməyən təşkilat olub, beynəlxalq elmi, texnoloji və sənaye əməkdaşlığını dəstəkləyir. AMEF fərdi gəlir gətirməyən təşkilat olub, tədqiqat və texniki layihələrə yardım etməklə Azərbaycanın elmi-texniki potensialını inkişaf etdirir.