2007-ci il Azərbaycan –ABŞ ikitərəfli qrant proqramlarının nəticələri
Arlinqton, Virciniya – ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF), Azərbaycan Milli Elm Fondu (AMEF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) öz İkitərəfli Qrant Proqramları (BGP-II) çərçivəsində 17 birgə ABŞ-Azərbaycan tədqiqat qruplarına $40,000 ABŞ dollarını iki il müddətinə ayırdı. BGP-II əməkdaşlığı artırmaq, xüsusilə, əvvəllər silah tədqiqatı ilə məşğul olmuş alimlərin mülki sahədə tədqiqatlarını dəstəkləmək, Azərbaycanda elmin ümumi vəziyyətini yüksəltmək və növbəti nəsil tədqiqatçılarının inkişafını dəstəkləmək məqsədilə hər iki təşkilatın işini davam etdirir.
AMEF və MTİF BGP-II müsabiqəsi üçün 32 məqbul təklif aldılar və bu təkliflərin hər biri Amerika Birləşmiş Ştatları, Ukrayna, Gürcüstan , Moldova və Azərbaycandan olan beynəlxalq ekspertlər tərəfindən yoxlandı. Mükafatları hər biri $340,000 ayırmaqla MTİF və AMEA maliyyələşdirdi.
Mükafata layiq görülmüş alimlərin tam siyahısı MTİF ( www.crdf.org ), AMEF və ya AMEA ( www.science.az ) internet səhifələrində verilmişdir.
MTİF haqqında
ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF) gəlir gətirməyən təşkil olub, ABŞ Konqresi tərəfindən səlahiyyət almış və 1995-ci ildə Milli Elm Fondu tərəfindən təşkil edilmişdir. Bu təkraraolunmaz ictimai-fərdi şəriklik qrantlar, texniki ehtiyatlar və təlim vasitəsilə beynəlxalq elmi və texniki əməkdaşlığı inkişaf etdrir.
AMEF haqqında
AMEF fərdi, gəlir gətirməyən təşkilat olub Mülki Məcəllə və Azərbaycan Konstitusiyasına uyğun fəaliyyət göstərir. AMEF-n məqsədi birinci dərəcəli vacibliyə malik sahələrdə tədqiqat proqramlarına maliyyə və texniki dəstək göstərməklə Azərbaycanlı elmi-texniki cəmiyyətin imkanlarını inkişaf etdirməkdir.








