Azərbaycan-ABŞ İkitərəfli Qrant Proqramı II
Azərbaycan Milli Elm Fondu (AMEF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF) birlikdə 2007-ci il Azərbaycan - ABŞ İkitərəfli Qrant Proqramını (İQP-II) elan edir. Proqram Azərbaycanlı və ABŞ alimlərinin tədqiqat qruplarına 1) bioloji/biotibbi elmlər, 2) riyaziyyat/informasiya texnologiyası, 3) geologiya, 4) kimya, 5) fizika və 6) elektrik/materiallar/istehsalat elmləri sahələrində tədqiqat aparmaq üçün 2 ilə qədər dəstək təqdim edir.
Proqramın ümumi məqsədi Azərbaycan və Birləşmiş Ştatların elmi və texniki cəmiyyətləri arasında əməkdaşlığı artırmaqdır. İQP-II proqramı çərçivəsində qrantlar elan edilmiş hazırki proqramın şərtlərinə uyğun olaraq əldə edilmiş nəaliyyətlər əsasında və beynəlxalq mütəxəssislərin resenziya verdiyi müsabiqələrə uyğun veriləcək.








